Türkiyənin ABŞ-dakı səfirliyi önündə ermənilərlə türklər qarşılıqlı şəkildə etiraz aksiyası keçiriblər.
Mynews.az xəbər verir ki, bir neçə gün əvvəldən səfirlik qarşısına çadırlar quran türklər burada növbədə dayanaraq, erməniləri əraziyə buraxmamağa çalışıblar. Səfirliyin binasına türk bayraqları asan Türkiyə vətəndaşları bundan sonra İstiqlal marşını oxuyublar. Daha sonra isə erməni iddialarını rədd edən şüarlar səsləndiriblər.
Maraqlı məqam bu ilki etiraz aksiyasına ermənilər tərəfindən daha az şəxsin qatılması olub.
Qeyd edək ki, dünya erməniləri 24 apreldə qondarma soyqırımı Türkiyə səfirlikləri qarşısında etiraz aksiyaları keçirməklə “yad edir”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub