Azərbaycanlı diplomatın həyat yoldaşı ABŞ-da mağazalardan birindən oğurluq etməkdə ittiham olunur.
Mynews.az xəbər verir ki, bu barədə nydailynews yazır. Məlumata görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşı 29 yaşlı Mehriban Cəbrayılova uşaq arabasına qoyduğu 188,88 dollarlıq malın ödənişini etmədən univermaqdan çıxmağa çalışıb. Mühafizəçi onu saxladıqda isə Cəbrayılova diplomatik toxunulmazlığı olduğunu bildirib.
Bundan sonra diplomatın həyat yoldaşı buraxılıb. Lakin bununla bağlı dövlət departamentinə məlumat verilib. Belə ki, bu kimi hallarda həmin şəxslərin diplomatik toxunulmazlığı ləğv edilə və haqlarında cinayət işi açıla bilər. Adətən cinayət işinin daha ağır cinayətlər üçün açıldığı da vurğulanır.
M.Cəbrayılova hadisəni şərh etməkdən imtina edib.
Diplomat isə belə bir hadisənin baş vermədiyini deyib. Univermağın meneceri isə şərh verməkdən imtina edib.
Qafqazinfo
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub