Rusiyada yaşayan 8 yaşlı qız ən qabaqcıl model agentliklərinin diqqət mərkəzinə düşüb.
Mynews.az İstipress-ə istinadən xəbər verir ki, 8 yaşlı Nadya Sibirdə valideynləri ilə birlikdə yaşayır. Nadya ağ saçları, farfor kimi dərisi ilə görənləri təəcübləndirir. Qızı kəşf edən isə bir fotoqraf olub. Vadim Rufovun internetdə yaydığı bir neçə fotodan sonra ailəyə iş təklifləri yağmağa başlayıb. Maraqlıdır ki, azyaşlı qız albinosdur. Fotoqrafın sözlərinə görə, Nadya sənətə meyillidir. "Mənə görə iki saat yorulmadan poz verdi. Görüşməmizin ilk anından sanki illərdir bir-birimizi tanıyırmışıq kimi söhbətə başladıq".
Qızın anası isə övladının yaşının az olduğunu deyərək böyük pullardan imtina edib. Onun sözlərinə görə, Nadya ailədəki yeganə albinosdur. "Böyüyəndə istədiyi işi seçər. İndi ondan soruşanda model olmaq istədiyini deyir. Hələlik işləmək üçün onun yaşıçox azdır". Buz kraliçasına bənzəyən qızın dünyanı heyran edən fotolarını təqdim edirik.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub