Qazaxıstanın Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan qalmaqallı video ilə bağlı açıqlama verəcəyini vəd edib.
Videoda bir nəfər, ağ xalatlı həkimlərə daha çox xəstə və qazanc əldə etməyin yolunu öyrədir.
Bu görüntünü Sanjar Bokayev adlı bir nəfər özünün Feysbuk səhifəsində yayıb.
Bokayevin sözlərinə görə, bu video Qazaxıstandakı tibbi mərkəzlərindən birində keçirilən geniş toplantıdan çəkilib.
Həmin iclasdapula görə “Krutit bolnıx” kəlməsini işləndən şəxs isə həmin mərkəzin baş həkimidir.
O, həkimləri daha çox pul əldə etmək üçün xəstələri “fırlatmağa”, yəni xəstəni əldə saxlamaq üçün onları aldatmağa, dolandırmağa çağırır.
(Belə halda məsələn həkim xəstəyə yalan diaqnoz qoyub onu uzun-uzadı müalicə edə və ya onda guya nəsə başqa bir şey tapıb daha bahalı mütəxəssislərin yanına göndərə bilər)
Çıxış edən şəxs həkimləri, xəstələrə çoxlu analiz və prosedurlar təyin etməyə çağırır.
“Bütün müayinə və müalicə üsullarından istifadə edin. Laboratoriyalar, UZİ, fizioteropia avadanlıqları və s” baş həkim bildirir.
Bu video bir çox istifadəçiləri şoka salıb. Onlar bu tibbi mərkəzin adını açıqlamağa və klinikanı baykot etməyə çağırıblar.
“Mən heç Hippokrat andından danışmıram, artıq o çox aza adamın yadındadır. Amma sadəcə insan olmaq lazımdır.Onsuz da ağır xəstəliklərdən əziyyət çəkən insanları necə soymaq olar ?” Bokayev yazır.
Bokayev bu videonun ona “Votsap”la göndərildiyini deyir.
Son məlumata görə, həmin sözləri işlədən Anuar Amanov bu videodan sonra 7 saylı Almatı şəhər klinikasının baş həkimliyindən azad edilib.
Anuar Amanov bu sözləri 2015-ci ildə 4 saylı şəhər xəstəxanasının rəhbəri olarkən deyibmiş.
musavat.com
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub