İngilis dilində olan "vampir" sözü macar mənşəli olub XVIII əsrin əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır. Bəzi tarixçilər bu sözün serb və ya türk mənşəli olması fikrini irəli sürürlər.
Mynews.az bildirir ki, günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən "vampir" sözünün hərfi mənası "qaniçən" deməkdir.
Con Haynrix Zopfius özünün 1733-cü il tarxili "Serb vampirləri" adlı elmi işində yazmışdır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq yataq¬la¬rında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər...".

Vampir və vampirizmlə bağlı sistemli və müntəzəm araşdırmalar aparan şəxslər isə vampiroloq (ingiliscə vampirologist) adlanır. Ümumilikdə Vampirlərin əlamətləri aşağıdakı kimidir:
1. Gün işığından qorxurlar;
2. Gecələr məzarlardan çıxır (xırtlar / xortlar);
3. Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri;
4. Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur.
5. Ağızları daima qanlı olur, qanları laxtalanmır.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub