Hindistanın Nepalla sərhədindəki Uttar-Pradeş ştatındakı Pilibhit bölgəsində yerli sakinlərin əsas xəbər mənbəyi saytlar, telekanallar, qəzetlər və ya radiostansiyalar yox, WhatsApp messenceridir.
Mynews.az-ın verdiyi məlumata görə, Milli.Az Hindustan Times-a istinadən bildirir ki, əvvəllər adi kəndli olmuş Şivendra Gaur məhz WhatsApp-dan yararlanır, əldə etdiyi xəbərləri bölüşür. Onun WhatsApp-da ötən ilin aprelində yaratdığı qrupun indi 11400-dən artıq təqibçisi var.
Həmin şəxslərin 8 min nəfəri ildə 100 rupi, yəni təqribən 1,5 dollar "abunə pulu" ödəyir. Yerdə qalanlarsa xəbərləri pulsuz alan tələbələrdir.
"Rocket Post Live" qrupunda abunəçilərə gün ərzində xəbərlər göndərilir, axşam saat 8-də isə hindi dilində video paylaşılır.
"Rocket Post Live" yerli olaylardan bəhs edir.
"Abunəçilərin arasında həkimlər, mühəndislər, polislər, yerli siyasətçilər, məmurlar da var. WhatsApp kütləvi paylaşmalar üçün nəzərdə tutulmadığından hər abunəçiyə ayrılıqda xəbər yollayıram. Hər yeni abunəçi yeni məlumatlar və xəbərdarlıqlar üçün kod alır", - Gaur deyib.
Gaurun komandasında 5 reportyor və iki frilanser var. O, reportyorlarına ayda 3-5 min rupi ödəyir və beləcə, ayın sonunda 20 min rupi Gaura qalır.Hindistanda WhatsApp-ın 200 milyon istifadəçisi var.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub