USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Səbrsiz bəy ehtirasının qurbanı oldu

14:01 29.04.2017
Səbrsiz bəy ehtirasının qurbanı oldu
14:01 29.04.2017

Toyundan bir saat əvvəl parkda başqa qadını zorlayan kişi ömürlük həbs cəzası alıb.

Mynews.az  Britaniya mediasına istinadla bildirir ki, 28 yaşlı Derri Makkan toy günündə yad qadını zorladığına görə tutulub.

Hadisə Londondakı parklardan birində baş verib. O, qadını zorladıqdan bir saat sonra "The Vestry" sarayına gələrək nişanlısı ilə evlənib.

Polis tərəfindən saxlanılan Derri məhkəməyə çıxarılıb. Onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, bu hadisə onun birinci təcavüzü deyil. Derri həm də oğurluq və daha bir təcavüzdə ittiham olunur.

 


Xəbər lenti