Türkiyədən oğurlanan 5 min il tarixi olan qadın heykəli 14,5 milyon dollara satışa çıxarılıb
Publika.az xəbər verir ki, ABŞ-ın Nyu-york şəhərindəki "Christies" hərrac evinin təşkil etdiyi hərracda Türkiyədən oğurlanan 5 min il tarixi olan qadın heykəli satışa çıxarılıb.
"Guennol Stargazer" (Guennol Ulduz Ovçusu) adlanan heykəl təxminən 14,5 milyon dollara satılarkən hərrac keçirilən binanın ətrafında toplaşan türklər satışa etiraz edib.
Türkiyənin Anadolu əyalətindən oğurlanan heykəlin geri qaytarılması üçün hüquqi işlər başladılıb.
Aparılan araşdırmalarda heykəlin Türkiyə mənşəli olduğu, Manisa Muzeyində oxşar nümunələrinin yer aldığı təsbit edilib. Ölkəyə qeyri-qanuni yollarla gətirilmiş heykəlin hərrac evində satışdan çıxarılması tələb edilib.
Nyu-Yorkun əsərin satışdan çəkilməsinə və Türkiyəyə təhvil verilməsi ilə bağlı qarşı tərəfin tələbinə mənfi cavab verməsi səbəbilə hüquqi proses başladılıb.

'
'
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub