Təhlükəsizlik bütün həbsxanaların problemidir.
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, lakin həbsxanalarda zorakılıq faktları barədə dəqiq informasiya almaq çox çətindir. Bəs, Amerikadakı islah müəssisələrində fiziki və seksual zorakılqlar barədə nə məlumdur? "Mazə Cons" (Mother Jones) jurnalının reportyoru Şeyn Bauerin 4 ay nəzarətçi işlədiyi Luizianadakı xüsusi həbsxanada nələr baş verirdi?
Barmaqlıqlar arxasında zorakılıq
• ABŞ həbsxanalarında cəza çəkən kişi məhbusların 19 %-i deyir ki, kamera yoldaşları tərəfindən fiziki zorakılığa məruz qalıblar.
• Onların 21 %-i isə nəzarətçilər tərəfindən döyüldüklərini deyiblər.
Həbsxanada seksual zorakılıq
• Rəsmi məlumatlara görə, 2011-ci ildə ABŞ həbsxanalarında zorlama və digər seksual hərəkətlərə dair 8 800 fakt qeydə alınıb.
•Lakin kişi məhbusların 3-9 faizi həbsxanada seksual zorakılığa məruz qaldıqlarını bildirir. Bu isə onu göstərir ki, seksual zorakılıq qurbanlarının sayı daha çox - 180 min nəfərdir.
•Keçmiş məhbusların bildirdiyinə görə, dövlət həbsxanalarına nisbətən özəl həbsxanalarda məhbuslar kamera yoldaşlarını iki dəfə az seksual zorakılığa məruz qoyur. Lakin onlar həbsxana personalı tərəfindən iki dəfə çox seksual xarakterli zorakılıqlara məruz qalırlar.
•Hakimiyyət orqanlarının bildirdiyinə görə, 66 % hallarda həbsxana nəzarətçiləri tərəfindən məhbuslara qarşı seksual xarakterli hərəkətlər ikincilərin razılığı ilə baş verir.
Qadınlar
• ABŞ-da qadınlar bütün məhbusların 7 faizini təşkil edir.
• Kamera yoldaşları tərəfindən seksual zorakılığa məruz qalan məhbusların 22 %-i qadınlardır.
•Həbsxana personalı tərəfindən seksual zorakılığa məruz qalanlarln isə 33%-i qadınlardır.
Özəl və dövlət həbsxanaları
Bu gün üçün özəl və dövlət həbsxanalarında zorakılıq faktları ilə bağlı müqayisəli məlumatlar yoxdur. Bu mövzuda son təhqiqat ABŞ Ədliyyə Nazirliyi tərəfindən 2001-ci ildə aparılıb. O zaman müəyyən edilib ki, özəl həbsxanalarda məhbusların biri-birinə hücum etməsi halları dövlət həbsxanalarında olduğundan 38 % çoxdur.
Uinn həbsxanasında zorakılıq
2015-ci ilin əvvəllərində Uinn həbsxanasında nəzarətçi işləməyə başlayan Şeyn Bauer iki ay ərzində 12 dəfə bıçaqla hücum faktı müəyyən edib. Lakin Luiziana ştatı cəzaların icrası depertamentinin rəsmi açıqlamasına görə, 2015-ci ilin ilk 10 ayı ərzində bıçaqla hücuma dair 5 fakt qeydə alınıb. Uinn islah mərkəzinin rəhbərliyi bildirir ki, onlar bütün zorakılıq faktları barədə məruzə edir, lakin sənədlərdə bu insidentlər müxtəlif cür təsnif edilə bilər.
• Uinn həbsxanasında 10 ay ərzində məhbuslardan 115 ədəd silah götürülüb. Bu, həmin həbsxana ilə eyni böyüklükdə olan ümumi rejimli Allen dövlət həbsxanasında olduğundan 3 dəfə çoxdur
•Uinn həbsxanasının personalı Avoylz vilayətindəki dövlət həbsxanasınnın nəzarətçilərindən 40 dəfə çox güc tətbiq edirlər.
•Uinndə bibər qazı və digər kimyəvi maddələr Allen və Avoylzdan 3 dəfə çox tətbiq edilir.
0 dəfə çox güc tətbiq edirlər.
•Uinndə bibər qazı və digər kimyəvi maddələr Allen və Avoylzdan 3 dəfə çox tətbiq edilir.