Mynews.az Türkiyə xəbər agentliklərinə istinadən məlumat verir ki, Adana şəhərində gecə evində öldürülən 17 yaşlı oğlanın ölümünün arxasından şokedici hekayə çıxıb.
Belə ki, 17 yaşlı İsa Arıç öz qohumu 17 yaşlı Z. K. adlı qızla rəsmi nigah olmadan ailə qurub və birgə yaşamağa başlayıblar.
Lakin, ötən gecə səhərə yaxın Z. K. köhnə sevgilisi olmuş İ. D-ni əri ilə birgə yaşadığı evə salıb. Yuxudan oyanan ər evdə yad oğlanı görüb. Nəticədə dava düşüb. İ. D. bıçaqla İsa Arıçı öldürərək qaçıb.
Səs-küyə oyanan evdəkilər İsa Arıçı qan içində gördülər. Adana Nümunə xəstəxanasına qaldırılan Arıçın həyatını xilas etmək mümkün olmayıb. İstintaq zamanı polisə ifadəsində Z. K. etiraf edib ki, gecə otağına saldığı İ. D. köhnə sevgilisi olub. Polis İ. D-ni həbs edib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub