Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan səfəri öncəsi bu ölkənin "WION" telekanalına müsahibə verib.
Mynews.az avropa.info-ya istinadən bildirir ki, Ərdoğan telekanalın "Nədən bu qədər populuyarsınız" sualına da cavab verib.
Suala cavab verən Ərdoğan təsisçisi olduğu AKP-nin yarandığı gündən bu yana daim yüksələn bir siyasi hərəkat olduğunu və heç bir seçkini uduzmadığını bildirib.
"Bu, bir şeyi göstərir. Demək ki, çox geniş təbəqəli, xalqını qucaqlayan, xalqına həqiqətən anlayışla yanaşan və heç bir fərq qoymadan xalqına doğru gedərsənsə, xalq səni hər zaman dəstəkləyər. Mən 52 faizlə Türkiyə prezidenti seçildim.
Partiya olaraq isə daim yüksələn faizlə xalqımızdan səs aldıq. Parlamentdə isə heç bir zaman uduzmadıq. Demək ki, bəzilərinin iddia etdiyi kimi, biz xalqı bölüb parçalayan deyil, xalqı birləşdirən bir hərəkatıq" deyə Ərdoğan qeyd edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub