O, İran əleyhinə yayımlar aparırdı
İstanbulda aprelin 29-da axşam yerli vaxtla saat 20.15 radələrində peyklə fars dilində yayımlanan 17 telekanalı özündə birləşdirən CEM TV teleşirkətinin rəhbəri Səid Karimian və küveytli ortağı Əl-Muhtari öldürülüb.
Mynews.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, İran əsilli britaniyalı iş adamı S. Karimian və ortağının olduğu avtomobilin qarşısı Maslakda “Cip” markalı avtomobilə kəsilib.
S. Karimiana məxsus avtomobil dayanıb və bu zaman qarşıdakı avtomobildən düşən iki nəfər atəş açmağa başlayıb. S. Karimian və ortağı hadisə yerinə həyatını itirib. Daha sonra cinayətkarlar sürətlə hadisə yerindən uzaqlaşıblar. Onların olduğu avtomobil Kemerburgaz yolunda yandırılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, Tehran məhkəməsi qiyabi olaraq S. Karimian barədə İran əleyhinə təbliğatla əlaqədar 6 il azadlıqdan məhrumetmə qərarı verib. S. Karimianin yaxınları bildiriblər ki, oö son 3 ay ərzində İran hakimiyyətindən hədələr alıb və buna görə də yaxın vaxtlarda Londona qayıtmağı planlaşdırırmış.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub